“Kolambus Kryu” klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya forvardın meneceri Tural Əsgərov məlumat verib.
O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: “Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, “Kolambus Kryu”nun düşərgəsinə yollanacaq”.
Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusuyla 3,5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.