Ru
21:32 / 06 Mart 2026

İran ABŞ-la təlimə gəmi göndərdi, 200 nəfərlə birgə məhv edildi - VİDEO

İran ABŞ-la təlimə gəmi göndərdi, 200 nəfərlə birgə məhv edildi -  VİDEO
Eye

İranın Şri-Lanka yaxınlığında məhv edilən freqatı ilə bağlı sensasion iddia yayılıb.

Bakupost.az xəbər verir ki, politoloq Turab Rzayev Şri-lanka yaxınlığında vurulan İran freqatının 200 əsgərlə birgə bir müddət öncə Hindistanın dəvəti ilə təlimə göndərildiyini bildirib.

“Silahsız İran gəmisi ABŞ ilə birlikdə Hindistan Hərbi Dəniz Qüvvələrinin təlimlərinin bir hissəsi olmaq üçün dəvət edilmişdi. Yəni Amerikanın İsraillə yaratmaq istədiyi yeni koridorun əsas mənbəyi olan Hindistanın rəsmi dəvətli qonağı idi. ABŞ dənizçiləri ilə birlikdə İran dənizçiləri də prezident qarşısında quruda keçirilən paradda iştirak etmişdilər.

İran gəmisi demək olar ki, silahsız, köhnə metallomdan ibarət idi.

ABŞ son anda təlimlərdən çıxdı və əvəzində torpedo ilə İran gəmisinə hücum etdi. Sonra da sivilizasiyanın və müharibənin bütün normalarını pozaraq, suda boğulanları xilas etməkdən imtina etdi. Ölüləri sudan çıxarmaq üçün Şri-Lanka Hərbi Dəniz Qüvvələri müdaxilə etməli oldu.

Yəni silahsız, onlarla birlikdə təlimə gəlmiş 200 nəfəri suda batırdılar”, - o yazıb.

Qeyd edək ki, gəminin vurulması nəticəsində 78 nəfər yaralanmış, 101 nəfər itkin düşmüşdü. İtkin düşənlərin axtarışına Şri-lanka dənizçiləri cəlb edilmişdi.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar