Ru
18:02 / 07 Noyabr 2019

Ötən ay nikah bağlamaq istəyən şəxslərdə bu xəstəliklər aşkarlanıb

1993
Bu ilin 10 ayı ərzində nikaha daxil olmaq üçün 116263 nəfər müayinədən keçib.


BakuPost.az xəbər verir ki, bunu report-a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.


Direktorun sözlərinə görə, onlardan 3018 nəfərdə talassemiya daşıyıcılığı, 251 nəfərdə sifilis, 126 şəxsdə isə QİÇS aşkarlanıb:

"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 39 olub.

Təkcə oktyabr ayı ərzində isə 12645 nəfərdə müayinə aparılıb. Müayinədən keçən 365 nəfərdə talassemiya daşıyıcılığı, 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb:

"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 5 olub".

Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 616076 nəfərdə qan müayinəsi aparılıb: "21253 cütlükdən birində talassemiya daşıyıcılığı, 228 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1979 nəfərdə sifilis, 581 nəfərdə HİV(QİÇS) qeydə alınıb".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər