Xalq artisti, məşhur aktyor Rasim Balayevin vəfatından sonra onun rol aldığı filmlərdən parçalar sosial şəbəkələrdə paylaşılmaqdadır.
Bakupost.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin ən çox diqqət etdiyi parçalardan biri də “Doğma sahillər” filmində mərhum şair Nüsrət Kəsəmənli və Rasim Balayevin yaratdığı obrazların dialoqudur.
Nüsrət Kəsəmənli filmdə iranlı general obrazını canlandırır.
Qeyd edək ki, 29 dekabr 1945-ci il təvəllüdlü Nüsrət Kəsəmənli 2003-cü ilin 15 oktyabrında Təbrizdə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi.