Ru
16:18 / 15 Dekabr 2025

“Oğru yığnağı elə düşünməməlidir ki...” - Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi

“Oğru yığnağı elə düşünməməlidir ki...” - Üzeyir Cəfərov “Kontakt Home”u məhkəməyə verdi
Eye

“Bir müddət öncə "Kontakt" mağazalar şəbəkəsinin müştərilərini necə aldatdığından, fırıldaqçılıqla məşğul olmasından xəbər vermişdim. Bu mağazalar şəbəkəsi həqiqətən də ölkənin hüquq-mühafizə orqanları tərəfindən dərindən yoxlanılmalı və onlara qarşı qanun çərçivəsində ən ciddi tədbirlər həyata keçirilməlidir. Öz tərəfimdən söz vermişdim ki, bu fırıldaqçılığı ifşa etmək üçün məhkəmə müstəvisində addımlar atacağam”.

Bakupost.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, gələn həftə, dekabrın 19-da saat 11:20-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Səidə Məmmədovanın sədrliyi ilə "Kontak Home"a qarşı prosesə start veriləcək:

“Əvvəla, media nümayəndələrini və bu fırıldaqçılardan əziyyət çəkmiş, maddi və mənəvi itkilər yaşamış hər kəsi bu məhkəmə prosesinə dəvət edirəm. Sizə söz verirəm ki, bu prosesi hətta lazım olarsa, Avropa İnsan Hüquqları Məhkəməsinə kimi aparacağam. 2007-ci ildə həyatıma sui-qəsd təşkil edən alçaqların hərəkətlərindən, başıma gələn bir hadisəni öz doğma ölkəmizdə sübut edə bilməsəm də ruhdan düşmədim, cinayət işi üzrə ölkədə 7 il mübarizəm nəticə verməmişdi, amma sonda 2015-ci ildə 17 ölkənin hakimlərinin iştirakı ilə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə mən mübarizəmi qələbə ilə başa çatdırdım. Sağ olsun, o vaxt bu məsələdə mənə dəstək olan vicdanlı vəkillər komandası. Azərbaycan hökuməti mənə maddi təzminat kimi 10 (on) min avro pul kompensasiyası ödəyib, cinayət işində adları keçən iki yaramaz polis və hərbçini məsuliyyətə cəlb etdi. Haram və oğru pullarla özlərinə bank və şirkətlər açmış bəzi məmur və oğru yığnağı elə düşünməməlidir ki, biz onların cinayət əməllərinə susub, onları yedizdirib-içizdirəcəyik. Hesab edirəm ki," Kontakt" mağazalar şəbəkəsi və onun başında duran bəzi şəxslər də qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidirlər”.

Ü.Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Şəmistan oğlu Bağırova da müraciət edib:

“Sizə ünvanladığım rəsmi ərizəmə bu vaxta kimi cavab verilməyib. Niyə və nə üçün, deyə bilməsəm də, məhkəmədən sonra dövlət rəhbərliyinə sizin də fəaliyyətiniz barəsində məlumat verəcəyimə əmin ola bilərsiniz. Məhz sizin biganəliyiniz və vəzifə səlahiyyətlərinizə səhlənkar yanaşmanızdır ki, bəzi bank və mağazalar, şirkətlər şəbəkəsi qanunlarımızı kobud şəkildə pozur və özbaşınalıq edirlər.

Bir daha xatırladıram ki, "Kontakt" və bu kimi mağazalar şəbəkəsi sizin cibinizə əsl oğru kimi girib, sizin halal pullarınızı mənimsəyir. Cəzasız qalacaqlarını düşünən bu işə-gücə yaramazlar elə bilirlər ki, onlar qanundan üstündürlər və hər cür alçaq və qanunsuz addımlarını ata bilərlər. Dekabrın 19-da Binəqədi Rayon Məhkəməsində başlayacaq prosesə zərərçəkmiş kim varsa, dəvət edirəm və hakimdən sizin də şahid kimi iştirak etmənizi şəxsən xahiş edəcəyəm. Gəlin bir yerdə oğru və quldur məmurları həm ifşa edək, həm də öz hüquqlarımızı müdafiə edək”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar