Ru
16:32 / 06 İyul 2026

Okeanın ortasında 8 günlük ölüm-qalım savaşı: “Çiy balıq yeyərək həyatda qaldım”

Okeanın ortasında 8 günlük ölüm-qalım savaşı: “Çiy balıq yeyərək həyatda qaldım”
Eye

Qayığının mühərriki sıradan çıxdıqdan sonra açıq dənizdə qalan balıqçı səkkiz gün ərzində yağış suyu və çiy balıqla sağ qalmağı bacarıb.

"Bakupost" xəbər verir ki, 11 iyun tarixində Pukapuka adasından təkbaşına balıq tutmağa çıxan Apiuta qısa müddət sonra mühərrik nasazlığı ilə üzləşib. Gecə saatlarında mühərrik tam dayanıb, güclü külək və nəhəng dalğalar onu açıq okeana sürükləyib.

Məlumata görə, Apiuta bu müddətdə yanında olan məhdud vasitələrdən istifadə edərək sağ qalmağa çalışıb – vedrədə yağış suyu toplayıb, tutduğu balığı çiy yeyib, yorğan və qutu ilə soyuqdan qorunub.

Balıqçı bildirib ki, ən çətin anlar okeanın onu hara aparacağını bilməmək olub. Üçüncü gün uzaqda bir qayığı görsə də, külək səbəbindən ona çata bilməyib.

Səkkizinci gün o, təyyarə səsi eşidib və az sonra Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin ərazidə axtarış apardığını görüb. Qısa müddət sonra Apiuta Tayvan balıqçı gəmisi tərəfindən xilas edilib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar