Ru
10:18 / 02 Sentyabr 2025

Juninyo "Qarabağ"a gəlir? - YENİLƏNİB

Juninyo "Qarabağ"a gəlir? - YENİLƏNİB
Eye

“Qarabağ” keçmiş futbolçusu Olavio Juninyonu geri qaytarmaq istəyib.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, braziliyalı forvardın hazırkı klubu “Flamenqo” isə onu buraxmaq istəməyib.

Azərbaycan təmsilçisi “sambaçı”nı icarəyə götürmək istəsə də, qarşı tərəf razılaşmayıb.

Qeyd edək ki, “Qarabağ” bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.

Xatırladaq ki, Juninyo ötən mövsüm 5 milyon avro qarşılığında “Qarabağ”dan “Flamenqo”ya keçib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.

Bakupost.az xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.

Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar