Ru
15:53 / 16 Sentyabr 2025

Ölkə başçıları həmin heykəllərə baxdılar - FOTO

Ölkə başçıları həmin heykəllərə baxdılar - FOTO
Eye

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxıblar.

Bakupost.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə ermənilərin işğal zamanı bu heykəlləri Ermənistana apararaq orada əritmək istədikləri barədə məlumat verilib.

Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi nəticəsində bu heykəllər Ermənistandan alınaraq ölkəmizə gətirilib. Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllər Şuşa işğaldan azad olunduqdan sonra öz əvvəlki yerlərinə qaytarılıb.

Ölkə başçıları həmin heykəllərə baxdılar - FOTO
Ölkə başçıları həmin heykəllərə baxdılar - FOTO
Ölkə başçıları həmin heykəllərə baxdılar - FOTO
Ölkə başçıları həmin heykəllərə baxdılar - FOTO
Ölkə başçıları həmin heykəllərə baxdılar - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar