Ru
12:14 / 23 Noyabr 2021

“Ölkə qanunlarla idarə edilməlidir, oliqarx nazir fəaliyyəti ilə yox” - Sabir Rüstəmxanlı - VİDEO

5511

"Uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır".


Bakupost.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışında deyib.


O qeyd edib ki, hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır:


“Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması , müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır.

Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm ki, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır”.

Şərhlər
  • Hərbi pensiyaçı

    Sabir müəllim, kimi hansı nazirliyə təyin edirlərsə elə bil həmin nazirlik dədəsindən ona qalıb. Birinci növbədə öz bandasını yığır ətrafına korrupsiya, büdcə vəsaitlərini talamaq üçün. Hamısıda bir birinə qohum, quda, kirvə nə bilim nə zibil. Hələ öz qohum əqrabasını digər nazirliklətə yerləşdirməsini demirəm. Ata nazir, oğul polis rəisi, yeznə prokuror, qaynata məktəb direktoru, həyat yoldaşı kafedra müdri və s. Vəzifəni estafet kimi bir birinə ötütürlər. Niyə MM bunlarıqadağan edən qanunlar qəbul etmir?. Bu iyrənc qaydalara nə vaxt son qoyulacaq?.

  • Sabir Rüstəmxanlıya

    Sabirbəy,gec ayılırsınız.İdman Naziri ölkəyə heç kimə lazım olmauyan,əksinə bir çoxinsanların həyatını narahat edən "FORMULA-1" gətirdib ölkənin xeyli vəsaitini havaya sovrdu.Heç birinizin səsi çıxmadı.Xaricdən milliyyəti bəlli olmayan idmançılar dəvət etdi.xeyli dövlətvəsaiti havayı xərcləni.mənimsənildi.Hamınız susdunz.mədənyyət naziri uzun llər mədəniyyəti bədbəxt günə qoydu.Səsiniz çıxmadı.İndi nədən ayılmaq düşündüniz? Gecikmiş deyil?Bunun mənası?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər