Ru
16:48 / 11 Sentyabr 2025

Onlayn bilet satışı adı ilə dələduzluq halları artıb - XƏBƏRDARLIQ - FOTO

Onlayn bilet satışı adı ilə dələduzluq halları artıb - XƏBƏRDARLIQ - FOTO
Eye

Son günlər Azərbaycanda teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.

Bu barədə Bakupost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Məlumata görə, dələduzlar öz məqsədlərini "theatre-stage.live" kimi saxta veb-səhifələr üzərindən həyata keçirirlər. Məhz bu keçid vasitəsilə endirimli və ya məhdud sayda bilet təklifi adı ilə vətəndaşları təcili hərəkət etməyə sövq edirlər. Bu üsulla onların bank kartı və digər fərdi məlumatlarını əldə etməyə çalışırlar.

ETX vətəndaşlara müraciət edərək tövsiyə edir ki, tanımadıqları mənbələrdən göndərilən mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmasınlar, bank kartı və digər fərdi məlumatlarını heç bir halda paylaşmasınlar, məhsul və xidmətləri yalnız rəsmi satış platformalarından əldə etsinlər. Eyni zamanda şübhəli bildirişlərin doğruluğunu mütləq rəsmi mənbələrlə dəqiqləşdirsinlər.



Onlayn bilet satışı adı ilə dələduzluq halları artıb - XƏBƏRDARLIQ - FOTO
Onlayn bilet satışı adı ilə dələduzluq halları artıb - XƏBƏRDARLIQ - FOTO
Onlayn bilet satışı adı ilə dələduzluq halları artıb - XƏBƏRDARLIQ - FOTO
Onlayn bilet satışı adı ilə dələduzluq halları artıb - XƏBƏRDARLIQ - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar