OPEC+ sentyabr ayında planlaşdırılan son artımdan sonra neft hasilatı kvotalarının artırılmasına fasilə verməyi nəzərdən keçirir.
“Bakupost”xəbər verir ki, təşkilatın avqustun 2-də keçiriləcək onlayn iclasında sentyabr ayı üçün gündəlik 188 min barel hasilat artımının təsdiqlənməsi gözlənilir. Bununla da hazırkı hasilat artımı mərhələsinin başa çatacağı bildirilir.
Məlumata görə, təşkilatın sonrakı dövr üçün əlavə hasilat artımı planı yoxdur. Bununla belə, qərarın bazardakı vəziyyətdən asılı olaraq dəyişə biləcəyi istisna edilmir.
Bildirilir ki, ABŞ və İran arasında gərginlik fonunda neft qiymətlərində kəskin dəyişikliklər müşahidə olunub. Qiymətlər ötən həftə bir barel üçün 100 dolları keçsə də, gərginliyin azalmasından sonra yenidən 90 dolların altına enib.
Vüsalə Hüseynova,
BakuPost