Milli Məclisə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 62 saylı Saatlı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Azərbaycan Tibb Universitetinin müəllimi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehtiyev seçicilərlə görüşləri gündəlik olaraq davam edir.
Oqtay Mehtiyev son bir neçə gündə ardıcıl olaraq rayonun Sarıcalar, Məmmədabad, Genişkənd, Nabatkənd, Çolpu, Orta Muğanlı, Soltanabad, Mircəlalkənd, Azadkənd, Şirinbəyli, Cəfərxan, Dədə Qorqud, Heydərabad, Qara Nuru və Qazanbatan kəndlərinin sakinləri ilə görüşüb. Sakinlərlə görüşdə O. Mehtiyev Azərbaycan dövlətinin, ölkə başçısının uğurlu siyasətinin digər bölgələrdə olduğu kimi Saatlıda da rifaha, əmin-amanlığa səbəb olduğunu bildirərərk xatırladıb ki, prezidentin apardığı islahatların növbəti mərhələsindən kənarda qalmamaq üçün parlament də növbədənkənar yenilənməyə qərar verib:
“Bu, o deməkdir artıq parlamentdə seçiciləri təmsil edənlər vətəndaşlarla ünsiyyət baxımından daha çevik, insanlara daha yaxın olmalı, bir sözlə deputatın fəaliyyəti ölkədə aparılan islahatın tempi ilə tam ayaqlaşmalıdır. Bu baxımdan mən də daim öz el-obamın yanında olan şəxs kimi seçkilərdə iştirak etməyə qərar verdim, sizin etimadınıza güvəndim”.
Seçicilərlə söhbət zamanı onların sosial məsələlərlə bağlı sualalrı, istəkləri dinlənilib, buna uyğun olaraq namizədin platforması sakinlərlə müzakirə edilib. Kəndlərdə çıxş edən seçicilər, xüsusilə də kənd ağsaqalları Saatlının yetirməsi olan Oqtay Mehtiyev ilə qürur duydurlaqını bildiriblər, ona inandıqlarını və səslərini ona verəcəklərini deyiblər. Deputatlığa namizədin Saatlıda görüşləri davam edir.