Ru
23:54 / 13 Oktyabr 2025

Ordumuzun baş giziri vəfat etdi - FOTO

Ordumuzun baş giziri vəfat etdi - FOTO
Eye

Azərbaycan Ordusunun baş giziri Bəhruz Bəybala oğlu Cəfərov vəfat edib.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, hərbçi ürəktutmasından ölüb.

Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.

O, "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli olub, 2 övladı var.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar