Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda mühafizə polisi əməkdaşı polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
Bakupost.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, onun bir övladı var.
Qeyd edək ki, R.Mütəllimovun bir müddət öncə psixoloji problemlərdən əziyyət çəkdiyi üçün DİN-in Hospitalında müalicə aldığı bildirilir.