Pakistan təhlükəsizlik qüvvələri İslamabadda məsciddə törədilən terrorun təşkilatçısını və iştirakçılarını saxlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "The News" saytı məlumat yayıb.
Cinayətkarlar şimal-qərbdəki Xayber Paxtunxva əyalətində tutulublar. Hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib. Həbs zamanı üç təhlükəsizlik işçisi yaralanıb.
Qeyd edək ki, fevralın 6-da İslamabadda şiə məscidində terror aktı baş verib. Nəticədə 31 nəfər ölüb, 169 nəfər isə yaralanıb.
Məscidin gözətçisinin sözlərinə görə, partlayışdan əvvəl üç hücumçu binaya soxularaq mühafizəçini yaralayıb.