Əfqanıstan və Pakistan sərhədində baş verən silahlı toqquşmalar nəticəsində 40 mülki şəxs həyatını itirib, 170 nəfər yaralanıb.
Bakupost.az bildirir ki, bu barədə Əfqanıstanın İctimai Sağlamlıq Nazirliyi "AFP" agentliyinə məlumat verib.
BMT-nin məlumatına görə, Əfqanıstanda 18 nəfər ölüb, 360 nəfər isə yaralanıb.
Toqquşmalar 11 oktyabr axşamı başlayıb. Kabildə bildiriblər ki, Pakistanın Lahor şəhərinə zərbə endirilib. Taliban isə bu əməliyyatı Əfqanıstanın hava məkanının pozulması kimi izah edib. Həmin gün ölkənin Müdafiə Nazirliyi Pakistan əleyhinə hərbi əməliyyatın başa çatdığını açıqlayıb.
Toqquşmalar 15 oktyabr gecəsi yenidən başlayıb. Sonradan tərəflər atəşkəs elan edərək iki gün müddətinə döyüşləri dayandırıblar. Lakin 16 oktyabrda Əfqanıstan Pakistanı atəşkəs rejimini pozmaqda ittiham edib.
Ayxan,
BakuPost