Ru
20:30 / 03 Fevral 2025

Paris vağzalında atışma - Yaralılar var

Paris vağzalında atışma - Yaralılar var
Eye

Parisdə dəmiryol vağzalında atışma nəticəsində iki nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Le Parisien” qəzeti hadisənin şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar.

Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar