Ru
15:55 / 13 Oktyabr 2025

Partiyadan çıxarılmağımdan xəbərim yoxdur - Deputat

Partiyadan çıxarılmağımdan xəbərim yoxdur - Deputat
Eye

Milli Məclisin deputatı Elçin Mirzəbəyli üzvü olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından (ƏHD Partiyası) xaric edilib.

Bakupost.az-ın məlumatına görə, Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, o, partiyadan xaric edilməsi ilə bağlı müraciət etməyib, xəbəri də yalnız mətbuatdan oxuyub.

“Mən partiyadan öz xoşumla çıxmamışam. Bununla bağlı müraciət də etməmişəm. Partiyanın İdarə Heyəti qərar verib. Ayın 29-da partiya sədrinin müavinliyindən azad olunmuşdum, ondan da xəbərim yox idi. Bu gün də siz dediyiniz xəbəri mətbuatdan oxumuşam”, - o bildirib.

Qeyd edək ki, hazırda ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir. Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-in deputatlarının sayı 1-ə enəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar