Ru
13:36 / 15 May 2026

Paşinyan: “Türkiyə ilə sərhəd açılsa, çox məmnun olarıq”

Paşinyan: “Türkiyə ilə sərhəd açılsa, çox məmnun olarıq”
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə-Ermənistan sərhədinin yaxın vaxtlarda açılacağı barədə məlumatlara münasibət bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, Paşinyan bildirib ki, sözügedən məsələ ilə bağlı onda ətraflı məlumat yoxdur. Ancaq bu xəbərlər doğru çıxarsa, çox böyük məmnunluq duyar.

Paşinyan qeyd edib ki, Ermənistan sərhədlərin açılmasını istəyir və bunun iqtisadi, regional və siyasi baxımdan faydalı olacağını düşünür.

Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi 2022-ci ildə başlayıb.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar