Ru
19:09 / 29 İyul 2026

Paşinyandan Putinlə bağlı bu suala sərt cavab

Paşinyandan Putinlə bağlı bu suala  sərt cavab
Eye

Referendumun keçirilməsi və onun təşkil olunma müddətləri ilə bağlı müzakirələr yersizdir, çünki bu məsələ üzrə qərar yalnız Ermənistanın suveren səlahiyyətlərinə aiddir.


"Bakupost" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı zamanı referendumun keçirilmə vaxtına dair məsələ qaldırıb-qaldırmadığı barədə suala cavab verərkən deyib.

“Referendumun keçirilmə müddəti ilə bağlı müzakirələr yersizdir. Suveren hüquqlarımıza gəldikdə isə, qərarları biz qəbul edirik. Referendumu nə vaxt keçirmək, nə vaxt keçirməmək və hansı şərtlərlə təşkil etmək məsələsini yalnız biz müəyyən etməliyik. Buna görə də bu mövzuda müzakirələr yersizdir”, - o bildirib.

Paşinyan Ermənistanın AB ilə münasibətlərinə toxunaraq bildirib ki, bu məsələyə dair rəsmi məlumat mənbəyi üçüncü ölkələrin xüsusi xidmət orqanları deyil, birbaşa AB-dəki tərəfdaşlardır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar