Ru
10:13 / 01 Oktyabr 2025

Paşinyanın sərtləşən ritorikası: nəyə və kimə xidmət edir?

Paşinyanın sərtləşən ritorikası: nəyə və kimə xidmət edir?
Eye

Moskva səfərindən sonra Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirdi. O, Azərbaycanı günahlandırmaqla əslində öz sabotajını pərdələməyə çalışır. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Paşinyanın addımları yenə də regional maraqlar deyil, xarici mərkəzlərin diktəsi ilə formalaşır.

Müşahidəçilərin fikrincə, Vladimir Putinin Moskvada Paşinyana “qırmızı xətt”ləri açıq göstərməsi və müəyyən məhdudiyyətlər qoyması, Ermənistan rəhbərinin siyasətindəki ikili oyunu bir daha üzə çıxardı. ABŞ və Avropanın təsirini nümayiş etdirmək üçün Brüssel və Parisdə Avropa yolundan danışan Paşinyan, əslində Moskvadan qayıtdıqdan sonra tamamilə fərqli ritorika sərgiləyir.

Avropa İttifaqına inteqrasiya barədə pafoslu bəyanatlar, yaxud Rusiyadan uzaqlaşma görüntüsü isə sadəcə, öz əsl niyyətini pərdələməkdir. Paşinyan həm daxili auditoriyanı, həm də Qərb dairələrini aldatmaqla mövqeyini gücləndirməyə çalışır. Amma əslində o, hələ də Moskvanın təsir orbitindən çıxa bilmir.

Bu il 9 may Qələbə Günündə Moskvada keçiriləcək paradda Ermənistan baş nazirinin “qonaq” qismində iştirak etməsi bir daha göstərdi ki, Paşinyan “Rusiya ilə əlaqələri kəsən lider” obrazı qurmağa çalışsa da, real siyasətdə o, əksinə, balanslı şəkildə Moskvaya bağlı qalır və “göndərilmiş kazak” funksiyasını oynayır.

Əslində, Paşinyanı hazırda maraqlandıran yeganə məsələ Zəngəzur bölgəsində sərhədin demarkasiyası və delimitasiyasıdır. Bu isə Ermənistan hakimiyyətinin regionun böyük layihələrinə real şəkildə qoşulmaqdan yayınması, daha çox vaxt udmaq strategiyasının göstəricisidir.

Ayxan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar