Ru
17:46 / 08 Avqust 2025

Paşinyanın sözçüsü: “Dəhlizlə bağlı razılıq xəbərləri yalandır”

Paşinyanın sözçüsü: “Dəhlizlə bağlı razılıq xəbərləri yalandır”
Eye

Ermənistan Sünik bölgəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin yaradılmasına razılıq verməyib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

“Ermənistanın “dəhliz” həllərinə razı olduğu, razılaşdığı və ya razılaşacağı barədə bütün iddialar və yayılan məlumatlar həqiqətə uyğun deyil”, - Bağdasaryan bildirib.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar