Pekinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Bakupost.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Çinin sədri Si Cinpin bildirib.
O qeyd edib ki, Çin sülh və danışıqları təşviq etməyə davam edəcək.
"Mürəkkəb məsələlərin sadə həlli yolları yoxdur", - Si Cinpin Putinlə söhbətində vurğulayıb.
Çinin Mərkəzi Televiziyası onun sözlərindən bunları sitat gətirib: “Çin Rusiya və ABŞ-ın təmasları davam etdirdiyini, qarşılıqlı münasibətləri yaxşılaşdırdığını və Ukrayna böhranının siyasi həllini təşviq etdiyini görməkdən məmnundur”.
Qeyd edək ki, Rusiya prezidenti Çin lideri ilə avqustun 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşünün nəticələri barədə danışıb. Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevi də sözügedən görüşün nəticələri barədə məlumatlandırıb.
Zaur,
BakuPost