Ru
11:22 / 11 Dekabr 2025

Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi – Ukrayna PUA-ları erməni baş nazirin planını pozdu

Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi – Ukrayna PUA-ları erməni baş nazirin planını pozdu
Eye

Ukrayna ordusunun bu gün gecə saatlarında başlayan kütləvi PUA hücumu Ermənistan baş naziri Nikol Paşinyanın planlarını pozub.

Bakupost.az “Baza” Teleqram kanalına istinadən xəbər verir ki, erməni Baş nazir Nikol Paşinyanın təyyarəsi Moskva üzərində hava məkanı bağlandığı üçün enə bilməyib və ehtiyat hava limanı olan Pulkovoya yönəldilib. Hadisə Moskvada gecə baş vermiş PUA hücumları ilə əlaqədardır.

“ACJ319” tipli təyyarə təxminən bir saat Tver vilayəti üzərində dövr edib, eniş icazəsi gözləyib, lakin icazə verilməyib. Nəticədə təyyarə təxminən gecə saat 1:00-da Pulkovoya enib.

Paşinyan Almaniyaya səfərindən sonra Moskvaya gəlmiş və “EurAsEC” hökumətlərarası şurasının iclasında iştirak etməyi planlaşdırırdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar