Ru
14:06 / 14 May 2026

Pekinlə Vaşinqtonun Hörmüz razılaşması: İran geri çəkiləcək?

Pekinlə Vaşinqtonun Hörmüz razılaşması: İran geri çəkiləcək?
Eye

ABŞ Prezidenti Donald Trampın Çin səfəri ərəfəsində Pekin İranın maraqlarına cavab verməyən addım atıb.

Belə ki, ABŞ Dövlət Departamenti ABŞ və Çinin heç bir ölkənin Hörmüz boğazından keçid üçün rüsum almaması barədə razılığa gəldiklərini bəyan edib.

Bildirilir ki, razılaşma ABŞ Dövlət katibi Marko Rubio ilə Çin Xarici İşlər naziri Vanq Yi arasında 30 apreldə telefon danışığı zamanı əldə edilib. Amma Dövlət Departamenti bu məlumatı Tramp və Si Cinpin arasında Pekində İran məsələsinin müzakirə olunacağı gözlənilən zirvə görüşü ərəfəsində açıqlamaq qərarına gəlib.

Çinin bu addımı fonunda İran Hörmüz boğazı ilə bağlı sərgilədiyi mövqedən nəhayət geri çəkiləcək?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Bakupost.az- bildirib ki, razılaşma olsa da, Çin İran hakimiyyətinə boğazı açmaq üçün təzyiq etməyəcək:

“Trampla Si Cinpin görüşdə müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bu məsələlərdən biri də Hörmüz boğazı ilə bağlıdır.

Boğazın bağlı qalması Çinə də mənfi təsir edir. Pekin İrandan neft almaqla yanaşı, kötfəz ölkələrindən də neft və nadir torpaq elementləri alırdı. İndi bunların heç biri mümkün deyil. Ona görə də bu məsələdə Pekinin Vaşinqtonla şifahi razılığı mümkündür. Amma onun detallarına gəldikdə bunun baş verəcəyini düşünmürəm. Çünki Pekin Tehrana təzyiq etmək istəmir. Çindən təzyiq olmayacağı təqdirdə isə İran fikrindən əl çəkməyəcək”.

Politoloqun sözlərinə görə, İrana təzyiq edib, onu Amerika qarşısında zəif salmaq Pekinin maraqlarına cavab vermir:

“Vaxtilə Venesuela neftindən məhrum olan Çin düşünür ki, İranla bağlı güzəştə getsə, bu ölkə də Amerikanın təsir dairəsinə düşə bilər. Pekin də ola bilsin hesab edir ki, İranla yanaşı Amerika da boğazla bağlı addım atmalıdır. Amma məsələ ondadır ki, İran bu istiqamətdə ilk addım atmayınca, ABŞ də boğazı bağlamaqda davam edəcək. İranın isə bu məsələdə geri çəkilmək planı yoxdur”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar