Ru
15:05 / 03 Fevral 2026

Pensiya artımları bu tarixdən ödəniləcək

Pensiya artımları bu tarixdən ödəniləcək
Eye

"2026-cı ilin yanvar ayında pensiya alan vətəndaşların bütün pensiya artımları bu aydan hesablanıb. Lakin pensiyaların həm indeksləşdirilməsi, həm də artımlarının hesablanması Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin orta aylıq əmək haqqı artım faizinin elan olunmasından sonra mümkün olacaq".

Bakupost.az BAKU.WS-ə istinadla xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib


Deputat əlavə edib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiyalar əvvəlki ilin orta aylıq əmək haqqı artım faizi üzrə indeksləşdirilir və artırılır:


"Bu baxımdan, 2025-ci ilin ilk 11 ayının yekunlarına əsasən, orta aylıq əmək haqqı 9,3% artıb. Gözlənti ondan ibarətdir ki, ilin yekununda 9,2% orta aylıq əmək haqqı artımı qeydə alınacaq. Pensiyalar da həmin faiz üzrə indeksləşdiriləcək.


Dövlət Statistika Komitəsi rəqəmləri elan etdikdən sonra, cənab Prezident tərəfindən pensiyaların indeksləşdirilməsi ilə bağlı sənəd imzalanır və beləliklə, pensiyalar və pensiya kapitalı artırılır.


Yanvar ayında pensiyasını ala bilməyən vətəndaşlarımız üçün artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Məsələn, pensiya məbləği 500 manat olan vətəndaşın pensiyasına 9,2% artım tətbiq olunduqda, artım 46 manat təşkil edəcək. Beləliklə, fevral ayında həmin vətəndaş 546 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya 546 manat məbləğində ödənilməyə davam edəcək.


Qeyd edirik ki, yanvar ayının artımlarının fevral ayında ödənilməsi, artımların yanvar ayına şamil olunmaması demək deyil. Artımlar yanvar ayından etibarən hesablanıb və yalnız ödənişi fevral ayında həyata keçirilir".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar