Ru
11:32 / 06 Yanvar 2026

Pezeşkian: "Dediklərimə üz turşutmaq lazım deyil" – VİDEO

Pezeşkian: "Dediklərimə üz turşutmaq lazım deyil" – VİDEO
Eye

İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda keçirilən “İslam Şuralarının mövqeyi və xalqın Konstitusiyada iştirakı” mövzusunda təşkil olunan konfransda çıxış edib.

Bakupost.az xəbər verir ki. yerli sosial media və Telegram kanallarında yayılan məlumatda qeyd olunur ki, Pezeşkian konfransdakı çıxışında ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Tənqidləri dinləyən Pezeşkian, “Siz danışdınız, tənqid etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda, siz də qulaq asın. Dediklərimə üzünü turşutmaq lazım deyil", – deyib.

Prezident çıxışının davamında onu tənqid edənlərə Azərbaycan dilində atalar sözü ilə cavab verib: “Adını qoydum Rəşid – birini de, birini eşit”.

Pezeşkianın bu konfransda İslam Şuralarının milli siyasi prosesdə rolu, ictimai iştirakçılıq və Konstitusiya islahatları mövzusunda danışıb. Ölkə başçısı çıxışında xalqın fəal iştirakı, vətəndaş dialoqu və İslam Şuralarının səlahiyyətlərinin genişləndirilməsi zərurətini vurğulayıb.

“Xalqın iştirakı olmadan heç bir konstitusiya — heç bir təməl sabit olmaz; bu, yadda saxlanmalıdır. Biz həmişə deyərik: ‘Bir millətin gücü xalqın iradəsindədir’ – yəni köklərinə bağlılıq, hər kəsin səsi bizim gücümüzdür”.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar