Ru
20:31 / 07 Yanvar 2026

Gürcüstanda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs Türkiyəyə qaçarkən ələ keçdi

Gürcüstanda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs Türkiyəyə qaçarkən ələ keçdi
Eye

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli və Türkiyə Respublikasının Artvin vilayətinin Polis Departamentlərinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, birgə tədbirlər çərçivəsində qəsdən adam öldürməyə cəhd, eləcə də odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə 2002-ci il təvəllüdlü şəxs "Kartsaxi" sərhəd sektorunun ərazisində saxlanılıb.

İstintaqın məlumatına görə, saxlanılan şəxs Marneuli şəhərində yerləşən zərgərlik mağazalarından birində odlu silahdan atəş açaraq ata və oğulu yaralayıb və hadisə yerindən qaçıb. Yaralılar dərhal tibbi müəssisəyə yerləşdiriliblər. Onlardan biri aldığı güllə yarası nəticəsində ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlinin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı cinayət işi Cinayət Məcəlləsinin 19-109-cu (qəsdən adam öldürməyə cəhd) və 236-cı (odlu silahın qanunsuz dövriyyəsi) maddələri ilə araşdırılır. Həmin maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi əməliyyat zamanı göstərilən operativ əməkdaşlığa görə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinə, eləcə də Gömrük və Xarici Ticarət Xidmətinin nümayəndələrinə təşəkkür edib. Bildirilib ki, Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları arasında cinayətkarlığa qarşı mübarizə sahəsində sıx və səmərəli əməkdaşlıq mövcuddur və bu çərçivədə bir sıra, o cümlədən ağır cinayətlərin üstü açılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar