Ru
18:06 / 29 Oktyabr 2025

Pezeşkianın hicabla bağlı mövqeyi açıqlandı

Pezeşkianın hicabla bağlı mövqeyi açıqlandı
Eye

“Prezident Məsud Pezeşkian məcburi hicab qanununun icrasında həmrəylik nümayiş etdirərək bu məsələyə nöqtə qoyub”.

Bakupost.az xəbər verir ki, bunu İran Prezident Administrasiyası rəhbərinin müşaviri Əli Əsgər Şəfiyian deyib.

O bildirib ki, İran cəmiyyəti müxtəlifdir və heç kim başqasının işinə qarışmamalıdır: “Cəmiyyət özü tarazlıq əldə edir, nəticədə biz, siz və başqaları bir-birimizin geyiminə nəzarət edirik”.

Hökumət rəsmisi həmçinin vurğulayıb ki, Pezeşkian hicaba tam inanır və onun ailə üzvləri də tam örtülü geyinir.

Şəfiyianın sözlərinə görə, Pezeşkianın köməyi ilə ölkənin üç hakimiyyət qolu küçələrdə ciddi qarşıdurmanın qarşısını ala bilib.

Xatırladaq ki, Məsud Pezeşkian oktyabrın 4-də “Fox News” telekanalına müsahibəsində hicab məsələsində məcburiyyətə inanmadığını söyləmişdi:

“Mən məcburiyyətə inanmıram və bunu praktiki hesab etmirəm. Heç vaxt kimisə nəyisə məcbur edə bilməzsən. Ancaq ləyaqəti qorumaq və mədəniyyətlərə hörmət etmək bir-birimizdən gözləntimizdir. İndi ölkəmizdə yazılı qanunlar olmasına baxmayaraq, eyni çərçivədə bir tendensiya formalaşır. İnanc və iman baxımından mən inanıram ki, kimisə istədiyini etməyə asanlıqla məcbur edə bilməzsən”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar