12:58 / 23 Dekabr 2025
Pezeşkianın qızı Azərbaycan dilində şeir söylədi – VİDEO
355
Bu gün İran prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycana səfər edib.
Məlumata görə, Zəhra Pezeşkian Bakıda keçirilən Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransa qatılıb.
Tədbirdə çıxışını Azərbaycan dilində tamamlayan Zəhra Pezeşkian, Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir bənd söyləyib:
Sondan durub üst donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.
Cavid, BakuPost