Kibertəhlükəsizlik mütəxəssisləri hakerlərin “WhatsApp” hesablarını birbaşa ələ keçirmək üçün yeni və təhlükəli üsuldan istifadə etdiyini açıqlayıb.
Bakupost.az “GhostPairing” (ruh cütləşməsi) adlanan bu proqram vasitəsilə hücumçular istifadəçinin razılığı varmış kimi göstərərək hesabı öz cihazlarına bağlayır və “WhatsApp” üzərində tam nəzarət əldə edirlər.
Araşdırmalara görə, bu üsul “WhatsApp”ın cihazların əlaqələndirilməsi funksiyasının sui istifadəsinə əsaslanır. İstifadəçi aldadılaraq naməlum cihazın hesaba qoşulmasını təsdiqləyir və nəticədə “WhatsApp” hesabı hakerin nəzarətinə keçir. Bundan sonra haker mesajları oxuya, media fayllarını yükləyə və istifadəçi adından yazışmalar apara bilir.
Hücum adətən etibarlı şəxsdən göndərilmiş kimi görünən mesajla başlayır. Mesajdakı keçid istifadəçini saxta səhifəyə yönləndirir və burada telefon nömrəsi daxil etdirilir. Ardınca göstərilən kod vasitəsilə “WhatsApp” hesabı hakerin cihazına bağlanır və faktiki olaraq ələ keçirilmiş olur.
Təhlükəsizlik şirkəti “Avast” bildirib ki, bu cür hücumlar sürətlə yayılır və digər şəxslərin də “WhatsApp” hesablarının ələ keçirilməsi üçün istifadə olunur.
Mütəxəssislər bu hücumlardan qorunmaqdan ötrü bəzi tövsiyə edir. İstifadəçilərə vaxtaşırı “WhatsApp”da “Parametrlər → Bağlı Cihazlar” bölməsini mütəmadi yoxlamaları və tanımadıqları cihazları dərhal silmələri məsləhət görülür. Şübhəli keçidlərə daxil olmamaq və telefona gələn hər hansı qoşulma və ya təsdiq bildirişini diqqətlə yoxlamaq da hesabın ələ keçirilməsinin qarşısını almağa kömək edir.
Cavid, BakuPost