Ru
10:34 / 12 Yanvar 2026

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlik xəbərdarlıq etdi

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlik xəbərdarlıq etdi
Eye

Pirəkəşkül və Ağdərədə 12-16 yanvar tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar