Hollandiyada keçiriləcək növbədənkənar parlament seçkilərində baş nazir postuna namizədlərdən biri kürd əsilli, Türkiyə əleyhinə çıxışları ilə tanınan, ermənipərəst siyasətçi Dilan Yeşilgöz-Zegeriusdur.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Türkiyədə doğulan Dilan Yeşilgöz anti-Türkiyə ritorikası ilə məşhurdur.
Onun atası Yücel Yeşilgöz 1984-cü ildə Türkiyədən Hollandiyaya qaçmış PKK-nın döyüşçüsüdür.
Türkiyə və Azərbaycan mediası Yeşilgözü “ermənilərin dostu” adlandırır, çünki o, 2018-ci ildə Hollandiya parlamentinin deputatı kimi “erməni soyqırımı”nın tanınmasına səs verib.
Bunu Yeşilgözün iş otağında asdığı, əlində silah olan 106 yaşlı erməni qadının fotosu da təsdiq edir. Foto Birinci Qarabağ müharibəsi zamanı çəkilib.
Nilay, BakuPost