Ru
17:23 / 22 Aprel 2022

Polisin törətdiyi qətllə bağlı yeni məlumatlar: nişanlısının iki uşağı var imiş

8818
Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən müstəntiqin gecə növbədə olduğu məlum olub.


Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin İsitntaq şöbəsinin müstəntiqi, mayor Tural Abbasov ötən gün axşamdan bu gün səhərə kimi idarədə növbətçi olub.


O, səhər saat 09 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən idarədə növbəsini təhvil verib və şəxsi avtomobili ilə Nərimanov rayonu Qarabağ küçəsindəki binaya – nişanlısı Günay Cabbarovanın yaşadığı mənzilə gedib.


Burada G.Cabbarovanı qətlə yetirən Tural Aslanov daha sonra intihar edərək həyatına son qoyub.

İlkin məlumata görə, onların arasında gecə saatlarında mübahisə olub.

O da məlum olub ki, qətlə yetirilən G.Cabbarova 2 uşaq anası olub.

Qeyd edək ki, T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib. Faktla bağlı araşdırmalar davam etdirilir.



Şərhlər
  • İNSAN

    Rüşvətə bulaşmış sistem, cəmiyyətimizin müxtəlif nümayəndələrini intihara sürükləyir! Haram yeyənlər, bədbəxt həyata sahib olar!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər