Polşanın Lyublin Voyevodalığının Majdan-Sielec kəndində naməlum pilotsuz təyyarə qəzaya uğrayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.
Bildirilib ki, obyekt binalardan təxminən 500 metr aralıda yerə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və digər xidmət orqanlarının nümayəndələri gəlib.