Ru
11:24 / 27 Aprel 2026

Polşalı qadın azərbaycanlı sevgilisini polisə verdi: 25 min dollar...

Polşalı qadın azərbaycanlı sevgilisini polisə verdi: 25 min dollar...
Eye

Azərbaycana turist kimi gələn əcnəbi qadının pulunun mənimsənilməsi ilə bağlı iddialar ortaya çıxıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, əslən Polşadan olan Olqa Çernovska 2024-cü ildə istirahət məqsədilə Azərbaycana səfər edib. Bu zaman o, Rəşxan adlı Azərbaycan vətəndaşı ilə tanış olub və aralarında münasibət yaranıb. Qadının sözlərinə görə, ölkəsinə qayıtdıqdan sonra həmin şəxsin istəyi ilə müxtəlif vaxtlarda ona pul göndərib.

Zərərçəkən bildirir ki, bir il davam edən münasibət ərzində qarşı tərəf onun etibarından sui-istifadə edərək ümumilikdə 25 min ABŞ dolları əldə edib. O, məsələ ilə bağlı Bakıda Daxili İşlər Nazirliyinə müraciət etdiyini, daha sonra işin Sumqayıtda araşdırıldığını qeyd edib.

İddialara münasibət bildirən Rəşxan isə pulu mənimsəmədiyini deyir. Onun sözlərinə görə, söhbət borcdan gedir və o, vəsaiti hissə-hissə qaytarır. O həmçinin qeyd edib ki, Polşada yaşayan qohumu vasitəsilə pulu zərərçəkənə çatdırır.

Faktla bağlı araşdırmalar davam edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar