Ru
20:58 / 10 Sentyabr 2025

Polşaya hücum AZAL təyyarəsinin vurulmasına bənzəyir, küçə “tərbiyəsi”dir

Polşaya hücum AZAL təyyarəsinin vurulmasına bənzəyir, küçə “tərbiyəsi”dir
Eye

Rusiyanın Polşanın hava sahəsini dronlarla pozması Azərbaycanın mülki təyyarəsini raketlə vurmasına bənzəyir. Təyyarəmizi vuranda əvvəlcə dezinformasiya yaydılar, raket izi aşkarlandıqdan sonra faktlar qarşısında susmağa üstünlük verdilər. Kreml eyni siyasəti Polşaya münasibətdə də sərgiləyir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın bu gün Polşaya 10-dan çox “Şahid” PUA-sı ilə hücum etməsi haqda qeyd edib.

O vurğulayıb ki, Kremlin nəzarətindəki saytlar əvvəlcə dezinformasiya yaydılar ki, guya dronların Rusiya ordusuna aidiyyəti yoxdur:

“Ancaq faktlarla üzləşdiklərinə görə, bizim nümunədə olduğu kimi, susmağa üstünlük verməyə başlayıblar. Kremlin həm mülki təyyarənin vurulmasında, həm də Polşanın hava sahəsini pozmasında siyasəti eynidir: Elədiyim hərəkətə (oxu: cinayətə) görə üzr istəyən deyiləm! Bu Sankt-Peterburqun xuliqanlarla dolu küçələrinin öyrətdiyi “tərbiyənin” nəticəsidir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar