Ru
13:59 / 07 Noyabr 2019

Fəxri adlarla bağlı sensasion məlumat - Prezident Nuşirəvan Məhərrəmlinin siyahısını geri qaytardı...

13845
Məlum olduğu kimi, Prezident İlham Əliyev televiziya və radio işçilərini fəxri adlarla təltif edib. Adətən fəxri adlarla bağlı sərəncam aidiyyəti bayramlardan bir gün əvvəl verilir. Bu dəfə isə sərəncam gecikdi, dünən - “Azərbaycan televiziyası və radiosu günü”ndə və iş saatından sonra elan edildi.

BakuPost fəxri adlara namizədlər arasında az qala təşviş yaradan bu gecikmənin səbəblərini öyrənib.

Məlum olub ki, İlham Əliyev Milli Televiziya və Radio Şurasının fəxri adlar verilməsi üçün təqdim etdiyi siyahını geri qaytarıb və düzəliş aparılmasını tələb edib. Bir gün vaxt aparan bu “təmizləmə” və yeniləmə nəticəsində tam fərqli bir siyahı ortaya çıxıb. Təkcə “Əməkdar jurnalist” siyahısından 11 nəfərin adı silinib.

İşin ilginc tərəfi ondan ibarətdir ki, fəxri ad siyahısına nəzər yetirəndə ölkə başçısının media siyasətinə də tam “əl gəzdirəcəyi” şübhə doğurmur. Yəni önəmli vəzifələri yeni komandaya həvalə edən İlham Əliyevin mətbuat sektorunda da bu sərəncamla yeniliyə artıq başladığını demək olar.

Siyahıya fikir verək: yeni yaranan və yeni kadrlarla sıx çalışan Real televiziyasının iki əməkdaşına fəxri ad verildi. Və ikisi də Əməkdar jurnalist. Amma Xəzər kimi iri televiziyadan bir nəfə də olsun “Əməkdar jurnalist” adı ilə mükafatlandırlımadı. Eləcə də ATV kanalından.

Hər iki televiziyadan fəxri ad siyahısına yalnız texniki işçilərin salındığı bildirilir.


Fəxri adlar alan şəxslərin adlarını təqdim edirik:


“Əməkdar jurnalist”

Əzimova Mətanət Əlirasim qızı

Hüseynov Murad Məhəmməd oğlu

Xəlilov Vüqar Nəriman oğlu

İsgəndərov Sahil Məmməd oğlu

İsmayılov Rasim Mustafa oğlu

Qafarova Aynurə Vəli qızı

Məhərrəmova Afət Telman qızı

Məmmədli Mahir Rafət oğlu

Məmmədova Gözəl Dağbəyi qızı.


“Əməkdar mədəniyyət işçisi”

Babayev Faiq Həsənağa oğlu

Əsgərov Mahəddin İsax oğlu

Fərəcov Ənvər Çingiz oğlu

Hacıyev Ramin Zahid oğlu

Həsən-zadə Rövnəq İmran oğlu

Şahbazov Hikmət Məmmədağa oğlu

Vəliyev Vüqar Tariyel oğlu.


“Tərəqqi” medalı

Cavadov Nemət Rövşən oğlu

Cəfərli Minijə Cəmşid qızı

Həşimov Murad Əhməd oğlu

İbrahimova Zülfiyyə Məhəmməd qızı

Kərimov Əhməd Musa oğlu

Qurbanov Samir Telman oğlu

Məmmədov Məmmədəli Nazim oğlu

Məmmədov Söhbət İsrafil oğlu

Musayev Ranar Rafael oğlu

Nəcəfli Anar Əşrəf oğlu

Sadıqov Faiq Əbülfəz oğlu

Şahbazov Rüfət Kamal oğlu

Şamıyeva Həyat Rəhman qızı.


“Əməkdar incəsənət xadimi”

Axundov Vasif Hafis oğlu.


“Əməkdar artist”

Cəfərov Səbuhi Aslan oğlu.


“Əməkdar mühəndis”

Ağalarov Faiq Seyidağa oğlu

Seyidov Nofəl Rəsul oğlu.


Şərhlər
  • Elwen

    Allah cemi olenlere rehmet elesin! Menim rehmetlik dayim Muxtar Eliyev Azerbaycan Radiosunun baw diktoru idi, 2016-ci ile kimi. Hec bir fexri ad gormedi, cunki hemin fexri adlar siyahisi Prezident geri qaytardigi wekilde tertib olunurdu!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər