Ru
23:23 / 08 Aprel 2026

Prezident təqaüdçüsü bacılardan NÖVBƏTİ UĞUR

Prezident təqaüdçüsü bacılardan  NÖVBƏTİ UĞUR
Eye

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüsü olan Həmidə və Nəzrin Sadıqova bacıları Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramına qəbul alıblar.

Bakupost.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, 2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660.9 bal ilə qəbul olunan Nəzrin Sadıqova Oksford, 660.2 bal ilə qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirmək əzmindədir.


Hər iki tələbə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb və bu günədək həmin statusu qoruyub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar