Ru
17:20 / 23 İyul 2025

Prezidentdən “ASAN xidmət”lə bağlı FƏRMAN

Prezidentdən “ASAN xidmət”lə bağlı FƏRMAN
Eye

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Bakupost.az xəbər verir ki, Fərmanla 2025-ci il iyunun 3-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Hökumətinə bildiriş göndərmək həvalə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar