Ru
21:13 / 22 Yanvar 2020

Prokurorluğun 8 əməkdaşı məsuliyyətə cəlb olundu

1593
Ötən il Bakı şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.


BakuPost xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində şəhər prokuroru İlqar Abbasov bildirib.

Əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər