Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri 5–6 dekabr tarixlərində baş tuta bilər.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Hindistanın NDTV və News18 kanalları yayıb.
Moskva və Nyu-Dehli səfərin dekabrda keçiriləcəyini təsdiqləsələr də, konkret tarix bu günədək açıqlanmayıb.
Avqustda Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezident ilin sonunadək Hindistana işgüzar səfər edəcək və səfər çərçivəsində baş nazir Narendra Modi ilə görüş üçün “əhəmiyyətli sənədlər paketi” hazırlanır.
Qeyd edək ki, Modi ötən il Rusiyaya səfər edib. İyulda Moskva, oktyabrda isə Kazanda BRIKS sammitində Vladimir Putinlə görüşüb. Həmin vaxt Hindistanın baş naziri Rusiya prezidentini 2025-ci ildə Hindistana səfərə dəvət edib.
Ayxan,
BakuPost