21:57
Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Alyaskanın Ankoric şəhərinə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Flightradar" servisinin məlumatlarından məlum olur.
O, amerikalı həmkarı Donald Trampla görüşəcək.
Burada dövlət başçısı amerikalı həmkarı Donald Trampla Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaq.
***
Rusiya Prezidenti Vladimir Putin Bakı vaxtı ilə saat 22:54-də Ankoricə çatıb.
Saat 23:30-da isə Elmendorf-Riçardson hərbi bazasında ABŞ və Rusiya liderlərinin görüşü gözlənilir.