Ru
11:11 / 08 Oktyabr 2025

Putinlə Köçəryanın gizli görüşü: Ermənistanda çevriliş hazırlanır?

Putinlə Köçəryanın gizli görüşü: Ermənistanda çevriliş hazırlanır?
Eye

“Fikir vermişəm, Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayır. Bu dəfə də belə oldu. Robert Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı düzənlədi və baş nazir Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər söylədi, eyni gündə oxşar açıqlamalar Serj Sərkisyandan da gəldi”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Robert Köçəryan və Serj Sərkisyan gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır:

“Nikol Paşinyana elə bunlar kimi rəqiblər lazımdır, üzərlərində növbəti dəfə qələbə çala bilsin. Paşinyan dünən “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız” cümləsi ilə ikisini də növbəti dəfə susdurub. Köçəryan və Sərkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sərkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verdi, oteldə mətbuatın qarşısında görüşdülər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qaldı”.

E.Şahinoğlu qeyd edib ki, Köçəryan və Sərkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından baş nazirlə üz-üzə gəlmək istəmirlər:

“Köçəryan mətbuat konfransından əvvəl Moskvada olub, Kremldə qapalı görüşlər keçirib. O, Rusiya Prezidenti Vladimir Putinin yaxın dostlarındandır və istisna etmirəm ki, Kreml sahibi onunla görüşüb, sadəcə, Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki Putin də anlayır yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Nikol Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar