Ru
20:49 / 25 Noyabr 2021

"Qadına şiddətə son" adlı dəyirmi masa keçirildi - FOTOLAR

"Qadına şiddətə son" adlı dəyirmi masa keçirildi -  FOTOLAR
Eye

25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günüdür.

Bakupost.az xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı, Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qadına şiddətə son” adlı tədbir – Dəyirmi Masa həyata keçirilib.

Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan Dəyirmi Masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edib.

Tədbirdə “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də, millət vəkilləri Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Jalə Əliyeva, Fazil Mustafa, Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli, Tibb üzrə Fəlsəfə doktoru İlahə Quliyeva, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, psixoterapevt Elmir Əkbər və aparıcı media qurumlarının kapitanları çıxış edib müzakirələr aparıblar.

Tədbirdə çıxış edən iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva deyib ki, “Liatris holdinq” olaraq hər il dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu günü qeyd edirlər:

“Cəmiyyətimizin, toplumun, insanlığın üz qarası, ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkmək, sosial səfərbərlik, yaratmaqla bu problemin həlli yollarının aranması, problemin çözümünün tapılmasına çalışırıq”.

İş xanımı çıxışında qadınların cəmiyyətdə üzləşdiyi fiziki-mənəvi şiddətdən söz açıb: “Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Ən dəhşətlisi isə həmcinslərimizin xüsusi amansızlıqla qətlə yetirilməsidir. Övladlarının gözü qarşısında onların başı kəsilir, bıçaqlanır, qətl edilir.

Təkcə elə bu il neçə belə qətlin, amansız ölümlərin xəbərini onlayn mediadan və sosial şəbəkələrdən izlədik. Eləcə də, təcavüz görən qız övladlarla bağlı qorxunc, üzücü xəbərlər aldıq. Onlardan birini – İmişlidə baş verən 11 yaşlı uşağın yaşantılarını yada salmaq mövcud mənzərəni göz önündə canlandırmağa bəs edir. Həmçinin bu il baş verən dəhşətli qadın qətllərinin bir neçəsini qeyd eləmək məsələnin nə qədər aktual və ağrılı olduğunu deməyə yetərlidir. İl ərzində “arvadının başını kəsdi” və ya “arvadını bıçaqladı” kimi başlıqlarla qarşılaşırıq, məhkəmə materialları oxuyuruq.

Bütün bu qəddar hadisələrin səbəbi nədir?! Sosial problemlər, narkotik asılılığı, içki aludəçiliyi, yoxsa digər səbəblər?!”

Ruhi Əliyeva qeyd edib ki, bu məsələdə dövlətə və qurumlara dəstək olmaq məqsədi ilə qadına şiddət mövzusunun müzakirə olunması zəruridir: “Çünki zorakılıq yalnız fiziki anlamda şiddət deyil, həm də insan haqqlarına hayqırıdır. Qadının özgüvənini zədələmək, onun hüquqlarını axtarmaq istəyini zəiflətmək və məhv etməkdir. Şiddət göstərən şəxsin sosial statusu, təhsili, cəmiyyətdəki yeri, çevrəsi necə olursa-olsun, onun əməli görməzdən gəlinməməlidir! Dünyanın harasında bir qadın şiddət görürsə, təcavüzə uğrayırsa, döyülürsə, incidilirsə, bu, hər birimizə olunan haqsızlıqdır. Döyülən, əzilən hər qadının acısı, bizim acımız, ağrısı bizim ağrımızdır. Çünki müdriklər demiş, bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir”.

Bunlarla yanaşı, mövzunu əhatə edən videoroliklər, Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşanın nümayiş olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar