“Qalatasaray” Ermənistan yığmasının və Rusiyanın “Krasnodar” klubunun futbolçusu Eduard Spertsyanı transfer etməyə hazırlaşır.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, “sarı-qırmızılılar” 2026-cı ilin yanvarında erməni futbolçunu heyətinə qatmaq istəyir.
Uzun müddətdir “Qalatasaray”ın hədəfində olan Spertsyanın da avrokuboklarda oynamaq istədiyi üçün “Krasnodar”la müqaviləsini yeniləməyi planlaşdırmadığı vurğulanıb.
Qeyd edək ki, 25 yaşlı futbolçunun “Krasnodar”la müqaviləsi mövsümün sonunda başa çatır.