Misli Premyer Liqasının XXVII turunda "Qarabağ" çempionluq yolunda xal itkisi ilə üzləşib.
Bakupost.az xəbər verir ki, səfərdə "Şamaxı"nın qonağı olan “Qarabağ” rəqibinin müqavimətini qıra bilməyib - 0:0.
"Qarabağ" (56 xal) lider "Sabah"ın (65 xal) ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Şamaxı" isə 32 xalla yeddincidir.
Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.