Ru
17:23 / 17 Avqust 2026

"Qarabağ"da ciddi itki: Elvin Cəfərquliyev...

"Qarabağ"da ciddi itki: Elvin Cəfərquliyev...
Eye

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab oyunda zədələnib.

"Bakupost" xəbər verir ki, bu barədə Teleqraf-a klubdan məlumat verilib.

Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.

Elvinin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar