MOİK-in və Bolqarıstan Futbol İttifaqının sabiq prezidenti Valentin Mixov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu barədə danışıb.
"Bakupost" Qol.az-a istinadən istinadən xəbər verir ki, o, Xristo Yanevin komandasının mərhələ adlamaq üçün kifayət qədər güclü olduğunu bildirib.
Mixov Bakıdakı ilk oyunda MOİK-in rəqibindən üstün oynadığını deyib:
"Taktiki hazırlıq və məşqçilərin futbolçuları necə yerləşdirəcəyi çox önəmlidir. MOİK-in kifayət qədər yaxşı oyunçuları var. Xristoya məsləhət verməyəcəyəm. Futbolçular özlərinə inanmalı, başlarını dik tutmalıdırlar. MOİK böyük klubdur. Onlar emblemin dəyərini hiss etməlidirlər. Özünəinam, ürək və ağılla oynamaq vacibdir.
"Qarabağ" yaxşı komandadır. Amma düşünürəm ki, Bakıda onları üstələmişdik. İndi də həmin oyunu təkrarlayıb ən azı 1-2 qol vurmalıyıq. Emosiyalar düşməndir. Xarakter göstərməliyik. Biz MOİK komandasıyıq, heç kimdən qorxmuruq. Cümə axşamı meydana inamla çıxmalı, rəqibi əzməliyik. Geriyə yox, yalnız irəli oynamalıyıq. Bu matçda qələbə mütləqdir".
Qeyd edək ki, təmsilçimiz bu gün "Qarabağ" Bolqarıstanda MOİK-in qonağı olacaq. Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FİFA referisi Brem van Drisş idarə edəcək.
Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.