““Qarabağ" çox rahat qollar buraxdı. Heyf bura kimi çəkilən əziyyətə. Əsas kilid oyunçular - Zubir, Andrade, Medina, Yankoviç, Koxalski - məğlubiyyətdə baş məşqçi qədər onların da rolu oldu”.
Bakupost.az xəbər verir ki, bu fikirləri “Komanda.az” saytının baş redaktoru Rəşad Ergün ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-c turunda keçirilən "Qarabağ" - "Ayaks" (Niderland) matçında "Qarabağ"ın 2:4 hesabla rəqib komandaya məğlubiyyətini şərh edərkən bildirib.
O qeyd edib ki, "Ayaks"a gəlincə, “ölüb" dediyimiz komanda budursa, Bakıya yaxşı ki, "diri"si gəlməyib:
“Bir də, Nəriman Axundzadə... Portuqaliyanın 2-ci liqasından gələn vinger Kamilo Duran hücumçu Nərimanı ehtiyata göndərib özü onun mövqeyində oynayırsa, deməyə söz yoxdur. Nəriman "Qarabağ"a kömək etmir, "Qarabağ" Nərimana kömək edir, klubun adından istifadə etməklə tanınıb. Bu oğlanın yeri "Şamaxı"dır, "Sumqayıt"dır, nə bilim, "Kəpəz"dir”.
Yasəmən,
BakuPost